Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın Ankaradakı səfirliyi öz işini tam həcmdə martın 7-də bərpa edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Amerika diplomatik nümayəndəliyinin rəsmi təmsilçisi Devid Qeynerə istinadən "Sabah" nəşri yazıb.
"ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlaycaaq. Biz Türkiyə polisinə göstərdiyi dəstəyə və əmlak və əməkdaşlarımızın təhlükəsizliyinin təmin olunmasında etdiyi köməkliyə görə minnətdarıq", - deyə nəşr onun sözlərini sitat gətirir.
Birləşmiş Ştatların Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb.