Monitorinq piyada keçidində dəqiqəyə 4 qayda pozuntusu aşkarladı

Monitorinq piyada keçidində dəqiqəyə 4 qayda pozuntusu aşkarladı “Xətai” metro stansiyası önündə yerləşən 2 piyada keçidində orta hesabla dəqiqədə 4 qayda pozuntusu aşkarlanıb. Report Media Məktəbi tələbələrinin keçirdiyi 4 günlük monitorinq zamanı 2 963 belə hal qeydə alınıb.
Multimedia
19 İyun , 2020 17:10
Monitorinq piyada keçidində dəqiqəyə 4 qayda pozuntusu aşkarladı
Report/Firudin Səlimov

“Xətai” metro stansiyası önündə yerləşən 2 piyada keçidində orta hesabla dəqiqədə 4 qayda pozuntusu aşkarlanıb. Report Media Məktəbi tələbələrinin keçirdiyi 4 günlük monitorinq zamanı 2 963 belə hal qeydə alınıb.

Monitorinqin ilk 2 günü sosial izolyasiya tədbirlərindən öncə martın 11-i və 12-nə, 2 günü isə iyunun 8-i və 10-na təsadüf edib. Monitorinq qrupu piyadaların qırmızı işıqda yolu keçməsi, qaydanı bilərəkdən pozması hallarını hesablayıb.

Qeyd edək ki, yolun bir tərəfindən digərinə keçmək üçün piyada 2 keçidi 32 saniyəyə dəf etməlidir. Vətəndaş sürətlə  hərəkət etməsə, orta yolda daha 44 saniyə gözləməli olur. 

Son xəbərlər

Orphus sistemi