Bakı çimərliklərində vəziyyət necədir? - VİDEOREPORTAJ

Bakı çimərliklərində vəziyyət necədir? - VİDEOREPORTAJ Azərbaycanda çimərlik mövsümü başlayıb.
Multimedia
17 İyun , 2020 10:02
Bakı çimərliklərində vəziyyət necədir? - VİDEOREPORTAJ
Report/Elchin Murad

Azərbaycanda çimərlik mövsümü başlayıb. 

"Report"un məlumatına görə, koronavirus pandemiyası səbəbindən çimərliklərdə sıxlıq müşahidə olunmur.

Bakı sakinlərinin ən çox üz tutduqları məkanlardan biri də Mərdəkan çimərlikləridir. Burada azsaylı da olsa istirahət edənlər var.

Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə oturacaq qoyulub və girişlərdə dezinfeksiyaedici məhlullar yerləşdirilib.

Dəniz sahilində bəzi çalışanlardan başqa demək olar ki, tibbi maskadan istifadə edən yoxdur. Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları çimərliyə nəzarət edirlər.

İstirahət edənlər çimərlikdən razı olduqlarını bildiriblər. Onlar yay mövsümündə "dənizsiz qala bilməyəcəklərini" deyib...

Son xəbərlər

Orphus sistemi