Milli Məclisin deputatı vəfat edib

Milli Məclisin deputatı vəfat edib Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.
Milli Məclis
4 Avqust , 2020 09:45
Milli Məclisin deputatı vəfat edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

F.Heydərov 82 yaşında dünyasını dəyişib. O, uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi. 

Qeyd edək ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respubliukasının (MRBabək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Milli Məclisinin I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il) çağırış deputatı seçilib2020-ci ilin fevral ayında keçirilən növbədənkənar parlament seçkilərində 116 saylı Qəbələ seçki dairəsindən VI çağırış Milli Məclisinin deputatı seçilib.

Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri olub.

F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.  

Xatırladaq ki, F.Heydərovun ölümü barədə ilk xəbəri "Bakıpost" yayıb. 

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi