“Könüllülər Parlamenti Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib

“Könüllülər Parlamenti Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin və ASAN Könüllüləri Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamneti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.
Milli Məclis
21 Fevral , 2019 15:02
“Könüllülər Parlamenti Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin və "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamneti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

“Report”un xəbərinə görə, parlamentin Aparat rəhbəri Səfa Mirzəyev gəncləri ictimai həyatda fəal olmağa çağırıb. O, gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında xatırladıb ki, “ASAN xidmət” yarandığı gündən könüllülərin xidmətindən yararlanıb.

Ü.Mehdiyev bildirib ki, gənclərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirilib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gənclərə yaradılan şəraitdən danışıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər siyasəti, könüllülük fəaliyyəti barədə fikirlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi