Parlamentin İntizam komissiyasının iclasları ayda ən azı 2 dəfə keçiriləcək

Parlamentin İntizam komissiyasının iclasları ayda ən azı 2 dəfə keçiriləcək İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib.
Milli Məclis
16 Sentyabr , 2020 13:19
Parlamentin İntizam komissiyasının iclasları ayda ən azı 2 dəfə keçiriləcək
0 : 00
0 : 00

Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə İntizam komissiyasının Əsasnamə layihəsində qeyd edilib.

Qeyd edilib ki, İntizam komissiyasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilməlidir.

İntizam komissiyasının iclasının gününü və gündəliyini komissiyanın sədri təyin edir.

İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir.

Komissiyanın iclasları Milli Məclisin inzibati binasında keçirilir.

Son xəbərlər

Orphus sistemi