Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi O, bir müddət idi ki, koronavirusdan müalicə alırdı.
Media
25 Avqust , 2020 15:42
Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.

"Report" xəbər verir ki, jurnalist, "Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı bir qədər əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir müddət idi ki, koronavirusdan müalicə alırdı.

Qeyd edək ki, Qələndər Xaçınçaylı üç il əvvəl ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. O, 5 şeir kitabının müəllifidir. AYB-nin üzvü idi.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi