YUNESKO 2016-cı ili İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edəcək

YUNESKO 2016-cı ili İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edəcək Almanların ilk dəfə Azərbaycana köçmələrinin də ildönümü qeyd ediləcək
Mədəniyyət siyasəti
26 Dekabr , 2015 11:34
YUNESKO 2016-cı ili İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edəcək

Bakı. 26 dekabr. REPORT.AZ/ "2016-cı ildə YUNESKO-nin xətti ilə Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan ediləcək".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, YUNESKO-nun xətti ilə hər iki qüdrətli şairin anılması Azərbaycan üçün dəyərli hadisə olacaq.

Əbülfəs Qarayev İmadəddin Nəsimi və M.P.Vaqiflə yanaşı, YUNESKO-da almanların ilk dəfə Azərbaycana köçmələrinin də ildönümünün qeyd ediləcəyini bildirib.

Hər üç təklif 2016-cı ildə YUNESKO-ya təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi