“YARAT” Müasir İncəsənət Mərkəzində “Radıo Vıdeo” qrupunun konserti keçiriləcək

“YARAT” Müasir İncəsənət Mərkəzində “Radıo Vıdeo” qrupunun konserti keçiriləcək Konsert dekabr ayının 22-də olacaq
Mədəniyyət siyasəti
10 Dekabr , 2016 17:19
“YARAT” Müasir İncəsənət Mərkəzində “Radıo Vıdeo” qrupunun konserti keçiriləcək

Bakı. 10 dekabr. REPORT.AZ/ “YARAT” Müasir İncəsənət Mərkəzində “Radıo Vıdeo” qrupunun konserti keçiriləcək.

“Report” xəbər verir ki, konsert dekabr ayının 22-də olacaq. 

Qeyd edək ki, qrupu 2011-ci ilin ortalarında Bakı şəhərində yaradılıb. Qrupun adı isə yaradıcılıq prosesi zamanı qoyulub. Əvvəl musiqiçilər özləri tərəfindən improvizasiya olunmuş məşhur trekləri ifa edirdilər, sonradan isə repertuarlarına bəstələdikləri kompozisiyaları da daxil etdilər. Qrup öz musiqisində cavabsız qalmış məhəbbət mövzusunu və həyatın qeyri-müəyyən elementlərinin incə müşahidələrini birləşdirir. Repertuarlarında rok, ambiens və hərdən rok kompozisiyalarına üstünlük verirlər. Qrupa Roman Şulqa (vokal, gitara), Mişel Hop (vokal), Zakir Qasımov (gitara), Dmitriy Tur (baraban) və Andrey Kudinov (bas gitara) daxildir.

Son xəbərlər

Orphus sistemi