Xorvatiya Prezidentinin həyat yoldaşı Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

Xorvatiya Prezidentinin həyat yoldaşı Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Yakov Kitaroviç ərazidə aparılan tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb
Mədəniyyət siyasəti
24 Oktyabr , 2016 13:38
Xorvatiya Prezidentinin həyat yoldaşı Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin həyat yoldaşı Yakov Kitaroviç oktyabrın 24-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

"Report" xəbər verir ki, əvvəlcə qonaq qoruğun ərazisində yaradılan muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Xorvatiyalı qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Yakov Kitaroviç ərazidə aparılan tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb.

Son xəbərlər

Orphus sistemi