Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi keçiriləcək

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi keçiriləcək Sərgidə 49 ədəd eksponat nümayiş olunacaq
Mədəniyyət siyasəti
14 Sentyabr , 2016 16:33
Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi keçiriləcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində sərgi təşkil olunacaq.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 15-i saat 17:00-da Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi keçiriləcək.

Məlumata görə, Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşları muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçiriblər. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd onların bərpa və konservasiya etdikləri sənət incilərini nümayiş etdirmək və ölkənin milli sərvəti olan bu eksponatların daima nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir.

Sərgidə 49 ədəd eksponat nümayiş olunacaq. Bunlar xovsuz xalça, xovlu xalça, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus ən füsunkar sənət inciləridir.

Sərgi zamanı eksponatların konservasiya prossesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək. Sərginin ziyarətçilərinə təqdim olunacaq video-çarx və slayd-şou vasitəsilə onlar bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı əldə edəcəklər.

Sərgi sentyabrın 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi