Ukraynada beynəlxalq festivalda Azərbaycanın təqdimatı keçiriləcək

Ukraynada beynəlxalq festivalda Azərbaycanın təqdimatı keçiriləcək İyunun 15-i - Milli Qurtuluş Günü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək.
Mədəniyyət siyasəti
4 İyun , 2019 14:44
Ukraynada beynəlxalq festivalda Azərbaycanın təqdimatı keçiriləcək

İyunun 15-i - Milli Qurtuluş Günü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Ali Radanın deputatları, ictimai xadimlər, yerli KİV-lərin nümayəndələri iştirak edəcəklər.

Təqdimat iyunun 15-16-da Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Xarici İşlər Nazirliyi və “SOCAR-Ukraine” şirkətinin birgə təşəbbüsü ilə baş tutacaq. 

Tədbir çərçivəsində qonaqlar yaxta gəzintisindən istifadə edəcək, Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olacaqlar. İştirakçılara ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat veriləcək, jurnal və kitabçalar paylanılacaq.

Sonra milli mətbəx nümunələrimiz olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.

Son xəbərlər

Orphus sistemi