Tokioda Azərbaycana həsr olunmuş təqdimat keçirilib

Tokioda Azərbaycana həsr olunmuş təqdimat keçirilib İştirakçılar Azərbaycanın milli şirniyyatlarını dadmaq imkanı qazanıb
Mədəniyyət siyasəti
11 Noyabr , 2015 11:28
Tokioda Azərbaycana həsr olunmuş təqdimat keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Tokioda Azərbaycan səfirliyində ölkəmizin təqdimatı keçirilib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat "Minato UNESCO" qeyri-hökumət təşkilatının üzvləri üçün keçirilib.

Təşkilat üzvləri ölkə, onun siyasəti, tarixi və mədəniyyəti barədə geniş məlumat əldə edib. Təqdimat iştirakçıları, həmçinin Azərbaycanın milli şirniyyatlarını dadmaq imkanı da qazanıb.

Son xəbərlər

Orphus sistemi