Tbilisidəki Narınqalada təmir-bərpa işlərinin başa çatacağı tarix açıqlanıb

Tbilisidəki Narınqalada təmir-bərpa işlərinin başa çatacağı tarix açıqlanıb Təmir-bərpa işlərinə büdcədən 280 min dollara yaxın maliyyə vəsaiti ayrılıb
Mədəniyyət siyasəti
15 Dekabr , 2016 12:30
Tbilisidəki Narınqalada təmir-bərpa işlərinin başa çatacağı tarix açıqlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə yerləşən Narınqala tarixi abidəsinin təmir-bərpa işləri 2017-ci ilin sonunda başa çatacaq.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təmir-bərpa işlərini Tbilisinin İnkişaf Fondu həyata keçirir. 

Məlumata görə, təmir-bərpa işləri bu ilin oktyabrında başlayıb.

Xəbərdə bildirilib ki, təmir-bərpa işlərinə büdcədən 280 min dollara yaxın maliyyə vəsaiti ayrılıb, bu məbləğin 115,4 min dolları 2016-cı ildə istifadə ediləcək.

Qeyd edək ki, bu qala IV əsrdə tikilib. Bu tarixi tikilidə möhkəmləndirmə işləri XVI-XVII əsrlərdə aparılıb. 1827-ci ildə baş vermiş zəlzələ nəticəsində qalanın bəzi hissələri uçub. 

Fotolar: "Sputnik-Georgia"

Son xəbərlər

Orphus sistemi