Rusiya Prezidenti Aparatının rəhbəri: "Azərbaycanda rus dilinə maraq azalmır"

Rusiya Prezidenti Aparatının rəhbəri: "Azərbaycanda rus dilinə maraq azalmır" Azərbaycanda rus dilinə və rus ədəbiyyatına maraq azalmır.
Mədəniyyət siyasəti
10 Oktyabr , 2019 17:52
Rusiya Prezidenti Aparatının rəhbəri: Azərbaycanda rus dilinə maraq azalmır

"Azərbaycanda rus dilinə və rus ədəbiyyatına maraq azalmır".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Bakıda Rus Kitab Evinin 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

"2009-cu ildə Rusiyanın "Avrasiya Araşdırmaları İnstitutu" fondu azərbaycanlı dostlarımızla birlikdə bu əlamətdar humanitar layihəni həyata keçirməyə müvəffəq oldu. Rusiya və Azərbaycan prezidentlərinin administrasiya rəhbərləri ümumi işimizə start verdilər -  Rus Kitab Evini açdılar", - V.Çernov bildirib.

Onun sözlərinə görə, Rus Kitab Evinin açılması ideyası Azərbaycan rəhbərliyinin və onun Prezidenti İlham Əliyevin dəstəyi olmadan və Bakı sakinlərinin rus dili və mədəniyyətinə isti münasibəti olmadan həyata keçirilə bilməzdi.

O, bu gün kitab evinin yalnız rus ədəbiyyatının yayılması məkanı olmadığını, həm də Rusiya və Azərbaycandan, habelə rus dilinin sevildiyi və hörmət edildiyi digər ölkələrdən olan görkəmli yazıçıların, tarixçilərin, elm, təhsil nümayəndələrinin görüşləri üçün meydana çevrildiyini diqqətə çatdırıb.

Daha sonra Rusiya Prezidenti Administrasiyasının idarə rəisi Rusiya Federasiyasının dövlət mükafatını - A.Puşkin medalını Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, Rus Kitab Evi layihəsinin iştirakçısı və ilhamlandırıcısı, "Azərbaycan" nəşriyyat evinin rəhbəri Ağabəy Əsgərova təhvil verib.

Bununla yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə, Avrasiya Tədqiqatları İnstitutu İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov da Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno adından mükafatlandırılıb.

"Hesab edirəm ki, rus dilinə cəmiyyətə olan ehtiyac ölkədə ictimai-siyasi sabitliyin qorunmasına kömək edib. Bu gün Azərbaycanda öz adət-ənənələrini, mədəniyyətini, dilini qoruyub saxlaya bilən, təxminən, 120 min rus əhalisi var", - Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin deyib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov isə, öz növbəsində, qeyd edib ki, bu gün hər iki ölkənin müxtəlif dövlət strukturları və cəmiyyət hissələri Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafına töhfə verməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi