Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçirilib

Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçirilib Səfirliyin müşaviri: "Azərbaycanla İtaliya arasındakı münasibətlər yüksək səviyyədədir"
Mədəniyyət siyasəti
1 Dekabr , 2015 15:12
Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçirilib

Roma. 1 dekabr. REPORT.AZ/ Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Cəmiyyətin rəhbəri Dündar Keşaplı təşkilatın fəaliyyəti, mədəniyyət sahəsində Azərbaycanla İtaliya arasındakı əməkdaşlıq, iki ölkə arasındakı bənzərliklər haqqında danışıb.

Cəmiyyətin rəhbər müavini Rəşad Qurbanov isə öz növbəsində təşkilatın, məsələn, İtaliyada Azərbaycan şirniyyatlarının təqdimatı kimi gələcək planları barədə danışıb.

Tədbirdə həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev də iştirak edib. O, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Səfir belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Ardından Azərbaycan haqqında bir videoçarx təqdim olunub. Sonra isə qonaqlar Azərbaycan mətbəxinin nümunələrindən dadmaq imkanı əldə edib.

Son xəbərlər

Orphus sistemi