Polşalı müğənni Şəkidə konsertdə çıxış edəcək - VİDEO

Polşalı müğənni Şəkidə konsertdə çıxış edəcək - VİDEO Aniya Brodi "İpək yolu" festivalında iştirak edəcək
Mədəniyyət siyasəti
20 İyun , 2017 12:01
Polşalı müğənni Şəkidə konsertdə çıxış edəcək - VİDEO

Bakı. 20 iyun. REPORT.AZ/ Polşalı müğənni, simbal ifaçısı Aniya Brodi Azərbaycana səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, A.Brodi iyunun 28-də Şəkidə keçiriləcək "İpək Yolu" festivalında çıxış edəcək.

A.Brodi, həmçinin bəstəkar və musiqilərə söz yazarı, prodüser kimi fəaliyyət göstərir. O, xalq musiqi aləti simbalda ifa etməklə xalq musiqisi janrında çalışır.

Son xəbərlər

Orphus sistemi