Polad Bülbüloğlu: "İngilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmıram"

Polad Bülbüloğlu: "İngilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmıram" "Bu gün YUNESKO-ya yeni ideyalar təklif edə biləcək qətiyyətli insan lazımdır"
Mədəniyyət siyasəti
6 May , 2017 13:21
Polad Bülbüloğlu: İngilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmıram
Report.az

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş direktoru postuna namizəd olan Polad Bülbüloğlu bu vəzifəni tutmaq şanslarını şərh edib.

"Report" xəbər verir ki, P.Bülbüloğlu jurnalistlərə açıqlamasında təşkilatın baş katibi vəzifəsinə bütün namizədlərin çox güclü olduğunu bildirib.

"Deyərdim ki, bu həm siyasi, həm də ideya, təklif mübarizəsidir. Geosiyasətin çox böyük əhəmiyyəti var. Hələ qarşıda 5 ay var, görək necə olacaq? Hər halda qələbə üçün çalışacağıq", - diplomat bildirib.

Təşkilatın Parisdə keçirilən iclasında çıxışı zamanı ingilis dili bilikləri barədə tənqidə toxunan P.Bülbüloğlu ingilis dilində bir çox mədəniyyət nazirlərindən heç də pis danışmadığını vurğulayıb: "Dil məsələsi mübahisəlidir. Çünki həm YUNESKO-da, həm də BMT-də 6 əsas dil var. Onlar arasında rus dili də var ki, onu əla səviyyədə bilirəm. Orada ingilis və fransız dilləri ilə bağlı tələblər səsləndi. Bunun nə dərədəcə qanuni olması barədə danışmaq istəmirəm. Amma ən azından suallara cavab verdim. İngilislər kimi ingilis dilini bilmirəm. Lakin qarşıda hələ 5 ay vaxt var, hazırlaşıram, üstəlik, insan iş mühitinə düşəndə dili də inkişaf edir. YUNESKO-nun bugünkü çətin durumunu nəzərə alsaq, əsas insanın başında olanlar, hansı ideyalar təklif edə biləcəyidir. Bu gün YUNESKO-ya yeni ideyalar, yanaşmalar, islahatlar təklif edə biləcək qətiyyətli insan lazımdır. Mənim isə böhran menecmenti üzrə zəngin təcrübəm var. SSRİ dağılan dövrdə mədəniyyət naziri idim. Bir neçə heç bir maliyyə olmasa da, biz Azərbaycanda heç bir kitabxana, heç bir muzey, heç bir teatr bağlamadıq, bütün infrastrukturu saxladıq".

Diplomat həmçinin onun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin irəli sürülməsinin Ermənistan cəmiyyətində isteriyaya səbəb olması məsələsinə toxunub: "Bakının mərkəzində dövlət tərəfindən bərpa olunmuş erməni kilsəsi var. Orada heç Ermənistanın özündə olmayan erməni dilində 5000-dən çox kitab qorunur. Azərbaycan xristian dünyasına abidələri bərpa etməkdə kömək edir. Belə ölkə məqsədyönlü şəkildə nəyisə dağıda bilər? Bu, qonşularımızın növbəti təbliğat oyunudur. Onlardan başqa şey gözləməyə də dəyməzdi".

Son xəbərlər

Orphus sistemi