Novruz bayramında Azərbaycanda türk xalq rəqsləri, sənətkarların əl işləri nümayiş olunacaq

Novruz bayramında Azərbaycanda türk xalq rəqsləri, sənətkarların əl işləri nümayiş olunacaq Tədbirlər Gəncə, Şəki, Bakı, Naxçıvanda keçiriləcək
Mədəniyyət siyasəti
12 Mart , 2016 10:09
Novruz bayramında Azərbaycanda türk xalq rəqsləri, sənətkarların əl işləri nümayiş olunacaq

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Yunus Əmrə İnstitutu ilə birgə Novruz bayramı ilə əlaqədar Azərbaycanda tədbirlər keçirəcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, tədbirlər çərçivəsində türk xalq rəqsləri, sənətkarların əl işləri nümayiş olunacaq.

Məlumata əsasən, martın 19-da tədbir Gəncədə, martın 20-də Şəkidə, martın 21-də Bakıda, martın 22-də isə Naxçıvanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi