Nazir: "Ermənilər vikipediyada Azərbaycan haqqında yanlış məlumatlar yerləşdirirlər"

Nazir: "Ermənilər vikipediyada Azərbaycan haqqında yanlış məlumatlar yerləşdirirlər" Əbülfəs Qarayev: "Bunun qarşısını almaq üçün tədbirlər görülür"
Mədəniyyət siyasəti
8 İyun , 2016 12:12
Nazir: Ermənilər vikipediyada Azərbaycan haqqında yanlış məlumatlar yerləşdirirlər

Bakı. 8 iyun. REPORT.AZ/ "Vikipediyada Azərbaycanla bağlı xeyli sayda yanlış məlumatlar və məqalələr var. Bunu Azərbaycana qarşı ideoloji savaş açanlar edirlər".
"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Milli Ensiklopediyasının 50 illiyinə həsr olunan tədbirdə deyib.

Nazirin sözlərinə görə, bu gün vikipediyada Azərbaycan haqqında ermənilərin yerləşdirdikləri yanlış məlumatlar çoxdur: "Bunun qarşısının alınması üçün işlər gedir. Ensiklopediyalar pulsuz olaraq kitabxanalara paylanılır. Ancaq mən hesab edirəm ki, internet üzərindən də Azərbaycan Milli Ensiklopediyasında giriş olmalıdır".

Son xəbərlər

Orphus sistemi