Nazir: "Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması üçün müsabiqə elan ediləcək"

Nazir: "Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması üçün müsabiqə elan ediləcək" Bakı. 5 mart. REPORT.AZ/ Hazırda Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması məsələsi müzakirə edilir.
Mədəniyyət siyasəti
5 Mart , 2019 15:20
Nazir: Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması üçün müsabiqə elan ediləcək
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Elchin Murad

Bakı. 5 mart. REPORT.AZ/ "Hazırda Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması məsələsi müzakirə edilir".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, abidələri hazırlayacaq heykəltaraşlar müsabiqə yolu ilə seçiləcək: "Görüşdə 4 nəfərin heykəlinin ucaldılması məsələsi qaldırılmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik".

Son xəbərlər

Orphus sistemi