Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək

Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək Muzey sahəsində görülmüş işlərin və gələcək planların müzakirəsi nəzərdə tutulub
Mədəniyyət siyasəti
28 Noyabr , 2015 09:39
Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən muzeylərin kollektivləri bir araya toplanır.

"Report" xəbər verir ki, noyabrın 30-da Muzey işçilərinin respublika müşavirəsi keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Müşavirədə muzey sahəsində görülmüş işlərin və gələcək planların müzakirəsi nəzərdə tutulub. Müşavirəyə kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət edilib.

Son xəbərlər

Orphus sistemi