Milli Azərbaycan Tarixi Muzeyində yeni unikal etnoqrafik material hədiyyə olunub - FOTO

Milli Azərbaycan Tarixi Muzeyində yeni unikal etnoqrafik material hədiyyə olunub - FOTO Məfrəş XIX əsrin sonu - XX əsrin əvəllərində toxunub
Mədəniyyət siyasəti
7 Sentyabr , 2017 10:35
Milli Azərbaycan Tarixi Muzeyində yeni unikal etnoqrafik material hədiyyə olunub - FOTO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Kəlbəcərdən məcburi köçkün Roza Ələkbərova Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik material - məfrəş hədiyyə edib.

Muzeydən "Report"a verilən məlumata görə, məfrəş XIX əsrin sonu - XX əsrin əvəllərində toxunub. 

Qeyd edək ki, məfrəş yorğan-döşəyi yığmaq üçün ağzını büzmək məqsədi ilə ilgəklər tikilmiş bəzəkli xalçadır. Bu xalça məmulatı qədim zamanlardan bəri Azərbaycanda hər bir ailənin məişətində geniş istifadə olunub. Məfrəş qədimdə çamodan funksiyasını daşıyıb və yük yığmaq üçün istifadə edilib. Muzeyə daxil edilən məfrəş Azərbaycan etnoqrafiyasının tədqiqi üçün əhəmiyyətli mənbədir və öz tədqiqatçılarını gözləyir.

Son xəbərlər

Orphus sistemi