Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib

Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib Büronun açılışının məqsədi Azərbaycan mədəniyyətinin və Qarabağla bağlı həqiqətlərin bütün Avropada daha geniş kütləyə tanıdılmasıdır
Mədəniyyət siyasəti
28 Noyabr , 2014 11:35
Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika  və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.

İnformasiya bürosunun açılmasında əsas məqsəd Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə tanıdılmasıdır.

Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyinin baş katibinin müavini Leo Faber, Lüksemburqun digər dövlət qurumlarının nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

İnformasiya bürosu və həmçinin onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə Azərbaycan, eləcə də onun işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, mütəmadi şəkildə müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi