Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” layihəsinə start verilib

Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” layihəsinə start verilib Tədbir çərçivəsində “40-cı qapı” filmi nümayiş etdirilib
Mədəniyyət siyasəti
5 Sentyabr , 2016 10:32
Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” layihəsinə start verilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” adlı layihəyə start verilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan “Report”a verilən məlumata görə, layihə çərçivəsində, müntəzəm şəkildə Azərbaycan kino sənətinin nümunələrinin Los-Ancelesdə nümayişi planlaşdırılır.

Bu səpkidə ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilən, bir neçə beynəlxalq mükafata layiq görülən “40-cı qapı” filmi nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edərək, ölkəmizin xarici ölkələrdə təbliğində Azərbaycan kinematoqrafiyasının daim xüsusi rol oynadığını diqqətə çatdırıb. N.Ağayev qeyd edib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcək.

Daha sonra Los-Ancelesdəki Azərbaycan icması fəallarından Kimiya Məmmədova çıxış edib. O, qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd milli kinematoqrafiyamızın klassik və yeni nümunələri barədə təbliğatın aparılmasıdır. 

Son xəbərlər

Orphus sistemi