Londonda Novruz bayramı qeyd edilib - FOTO

Londonda Novruz bayramı qeyd edilib - FOTO London. 17 mart. REPORT.AZ/ Londonda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
17 Mart , 2018 01:56
Londonda Novruz bayramı qeyd edilib - FOTO

London. 17 mart. REPORT.AZ/ Londonda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanan digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə qonaqlara Novruz bayramının qədim tarixi haqqında məlumat verib və Novruzun həmrəylik, qardaşlıq, dostluq bayramı olduğunu diqqətə çatdırıb.

Qonaqlar ifaçıların tar, kamança və nağarada ifasında milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar.

Tədbir zamanı qədim adət-ənələrimizin ayrılmaz hissəsi olan Novruz ənənələri, tonqal qalanması, yumurta döyüşdürülməsi və s. barədə xarici qonaqlara ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi