Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib Bu mərkəzdəki sərgi və konsertlərə "online bilet" almaq üçün imkanlar yaradır
Mədəniyyət siyasəti
2 İyul , 2015 14:50
Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

Bakı. 2 iyul. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin mobil tətbiqi (application) istifadəyə verilib. Mərkəzdən "Report"a bildirilib ki, IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi App Store və Google play mağazalarından yükləmək olar.

Bunun vasitəsi ilə istifadəçilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilər.

Mobil tətbiq, həmçinin mərkəzdəki sərgi və konsertlərə "online bilet" almaq üçün imkanlar yaradır. Belə ki, bu tətbiqdə "E-bilet" bölməsində Mərkəzdə təşkil olunan sərgi və konsertlərə bilet almaq olar. Hər bir istifadəçinin aldığı bilet "Biletlərim" yarımbölməsində toplanır, eyni zamanda həmin şəxsin elektron ünvanına təsdiq məktubu gəlir. İstifadəçi (tamaşaçı) tədbirə gələrkən mobil tətbiq vasitəsi ilə alınan bileti mobil telefonundan (və ya elektron ünvanına gələn bileti çap edərək) nəzarətçiyə təqdim edə bilər.

Son xəbərlər

Orphus sistemi