Fuad Poladovla vida mərasimi keçirilib

Fuad Poladovla vida mərasimi keçirilib Mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak ediblər
Mədəniyyət siyasəti
5 May , 2018 14:00
Fuad Poladovla vida mərasimi keçirilib
Report/ Firi Salim

Bakı. 5 may. REPORT.AZ/ Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilib.

“Report”un xəbərinə görə, xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Fuad Poladov vəsiyyətinə uyğun olaraq Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Son xəbərlər

Orphus sistemi