Filarmoniyada I Avropa Oyunlarının açılışına həsr olunan "Polşa Günü" keçirilib

Filarmoniyada I Avropa Oyunlarının açılışına həsr olunan "Polşa Günü" keçirilib Tamaşaçılara Frederik Şopen, Voytsex Kiların əsərləri təqdim olunub
Mədəniyyət siyasəti
14 İyun , 2015 10:33
Filarmoniyada I Avropa Oyunlarının açılışına həsr olunan Polşa Günü keçirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  I Avropa Oyunlarının açılış mərasiminə həsr olunan konsert keçirilib. "Report" xəbər verir ki, tədbir Polşa Olimpiya Komitəsi, Xarici İşlər Nazirliyi, həmçinin bu ölkənin İdman və Turizm Nazirliyi tərəfindən təşkil olunub. 

Konsertdə məşhur Polşa pianoçusu Kşiştof Yablonski polşalı dirijor Marçin Nalenç-Neşelovskinin idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tamaşaçılara  Frederik Şopen və Voytsex Kiların əsərlərini təqdim ediblər. Tamaşaçılar arasında fəxri qonaq qismində Polşa Milli Olimpiya Komitəsinin nümayəndələri, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də olub. 

Filarmoniyanın foyesində 2 sərgi nümayiş olunub. 

Tədbir iştirakçıları polşalı dizayner Nataşa Pavluçenkonun kolleksiyası ilə tanış olub və Polşa milli mətbəxinin təamlarından dadıblar.

Son xəbərlər

Orphus sistemi