Fəxri adlar alan mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edilib

Fəxri adlar alan mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edilib Əbülfəs Qarayev mədəniyyət işçilərini təbrik edib və onlara uğurlar arzulayıb
Mədəniyyət siyasəti
1 Mart , 2016 17:45
Fəxri adlar alan mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edilib

Bakı. 1 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əlbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülən bir qrup mədəniyyət, incəsənət xadimlərinə orden və medalları təqdim edib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə nazir Əbülfəs Qarayev açıb. O, mədəniyyət işçilərini təbrik edib və onlara uğurlar arzulayıb.

Daha sonra Ə.Qarayev fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə orden və medallarını təqdim edib. 

Tədbirdə Eldar Tofiq oğlu Quliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Sevda Yusuf qızı Məmmədəliyevaya 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Cəfərova Könül Elxan qızı, Haşımov Emin Mirhaşım oğlu, Hüseynova Azada Cəlil qızı, Abbasov Qabil Əfqan oğluna “Tərəqqi” medalı, Hacıyev Əbülfət Mustafa oğlu, Mədətov İmran Abiboviç, Məmmədova Leyla Mir İsmət qızı, Novruzova Vəfa Məmməd Kamal qızına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu, Kərimov Fəxrəddin Nuri oğluna “Xalq artisti”, İbadullayev Əli Əziz oğlu, Yunusov Qəyyur Habil oğluna “Xalq rəssamı”, Bunyatova Tamilla Faiq qızı, Camalzadə Vüqar Vaqif oğlu, Cəfərov Əlvida Məhərrəm oğlu, Eyyubov Musa Eyyub oğlu, Əliyev Sərvər Bəhlul oğlu, Həşimzadə Xanlar Allahverdi oğlu, İbrahimova Nigar Rəfael qızı, İsmayılov Salamulla Xeyrulla oğlu, Nəcəfova Röyalə Yaqub qızı, Nəcəfova Zemfira Musabala qızı, Yaqubov Şıxı Miriş oğluna “Əməkdar artist”, Cəmilov Adil Savalan oğlu, İbrahimova Solmaz Mirzə qızı, Zeynalov Qulu Ağsəs oğlu “Əməkdar jurnalist” fəxri adlarının medalı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi