Ekspert qrupunun rəhbəri: "V Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir"

Ekspert qrupunun rəhbəri: "V Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir" Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir. Biz I paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda, dünyamızı müharibələr bürüyəcək.
Mədəniyyət siyasəti
1 May , 2019 12:34
Ekspert qrupunun rəhbəri: V Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir
Report/ Elchin Murad
0 : 00
0 : 00

"Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir. Biz I paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda, dünyamızı müharibələr bürüyəcək".

"Report" xəbər verir ki, bunu həmin forumun beynəlxalq ekspert qrupunun rəhbəri Maykl Hardi tədbir öncəsi keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, növbəti panellərdə gənclərdən nələr öyrənə bilməyin yollarından da söhbət açılacaq: "Eyni zamanda, panellərdə miqrasiya məsələləri də müzakirə ediləcək. Çünki insanların miqrasiya məsələləri gündəlik həyatda davam edir. Bu uzun davam edən müakirələrdir. Bir dəfə müzakirə olunmaqla bitməz. Biz irəli getdikcə vəziyyəti təkmilləşdirməyə çalışacağıq. Ona görə də, Bakı forumu bizim üçün önəmlidir".

Mədəniyyət Nazirlyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə isə əlavə edib ki, forumda 105-dən çox ölkə, 35-dən çox beynəlxalq təşkilat iştirak edir. Forum çərçivəsində 21 tədbir keçiriləcək.

Qeyd edək ki, Forumun təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.

Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr ediləcək.

İki gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi