Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.
Mədəniyyət siyasəti
10 İyul , 2019 12:31
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

"Report"un xəbərinə görə, Ə.Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır.

"Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir əlavə edib. 

Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi