Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib Nazir müraciət və şikayətləri dinləyib
Mədəniyyət siyasəti
10 Dekabr , 2014 14:28
Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib
Bakı.10 dekabr. REPORT.AZ/ Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da Sabirabad şəhərində Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Əbülfəs Qarayevə 40-dan çox vətəndaş müraciət edib. Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması və digər məsələlərlə bağlı olub.

Sabirabad rayonunda xalq teatrının əlillərdən ibarət qrupun hazırladığı tamaşaların ölkə səviyyəsində keçirilən tədbirlərdə nümayişinin təşkil olunmasına köməklik göstərilməsi, Füzuli rayonunun işğaldan azad olmuş kəndlərinin birində xalq yazıçısı İlyas Əfəndiyevin ev-muzeyinin açılması, Beyləqan rayonu ərazisindəki dünya əhəmiyyətli arxeoloji abidə olan Örənqala yaşayış yerinin mühafizə olunması, Füzuli rayonu ərazisində yerləşən XIII əsrə aid Şeyx Babı Yaqub türbəsinin bərpasının ikinci mərhələsinin başlanması, Horadiz şəhərində mərkəzi kitabxana üçün binanın tikilməsi, Ağcabədi rayonunda Hindarxı qəsəbə uşaq musiqi məktəbinin əsaslı təmiri və əlavə sinif otaqlarının tikilməsinə yardım göstərilməsi və s. məsələlərlə bağlı xahişlər olub.

Son xəbərlər

Orphus sistemi