Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfirini qəbul edib

Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfirini qəbul edib Nazir iki ölkə arasında olan qarşılıqlı əlaqələrdən danışıb
Mədəniyyət siyasəti
14 Oktyabr , 2015 17:01
Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Ə.Qarayev Paskal Mönye ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Nazir bildirib ki, Azərbaycanla Fransa arasındakı əməkdaşlıq bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahələrində də dərindən inkişaf edib: "İki ölkə rəhbərləri arasında keçirilən görüşlər zamanı əldə olunan razılaşmalar nəticəsində həm Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Fransada keçirilən çoxsaylı mədəniyyət tədbirləri, həm də nazirliyin Fransada təşkil etdiyi tədbirlər, eləcə də Fransanın Azərbaycanda keçirdiyi tədbirlər əldə edilən uğurlar və həyata keçirilən layihələrin göstəricisidir".

Səfir Paskal Mönye isə onun fəaliyyəti dövründə göstərdiyi münasibət və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi