Əbülfəs Qarayev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə görüşüb

Əbülfəs Qarayev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə görüşüb Görüşdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan danışılıb
Mədəniyyət siyasəti
11 Fevral , 2015 10:31
Əbülfəs Qarayev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə görüşüb

Bakı.11 fevral. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.

"Report" nazirliyə istinadən xəbər verir ki, Aleksis Şahtaxtinski mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar fikirlərini bölüşüb.

Bu tədbirin beynəlxalq arenada böyük maraq oyatdığını nazirin nəzərinə çatdıran Aleksis Şahtaxtinski forum çərçivəsində rasizmə qarşı mübarizə və tolerantlıq mövzularında birgə sessiyanın keçirilməsini təklif edib və bu təklif nazir tərəfindən təqdirəlayiq hesab edilib.
Əbülfəs Qarayev bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq formatda tədbir olduğundan burada gündəliyə çıxarılan hər bir məsələ tərəfdaş qurumlar ilə İşçi Qrupunun görüşlərində birgə razılaşdırılır.

Nazir bildirib ki, sözügedən təklifin gündəliyə çıxarılması məsələsi konkret layihə təklifi alındıqdan sonra nəzərdən keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi