Cənubi Koreyada Azərbaycan kinofestivalı keçiriləcək

Cənubi Koreyada Azərbaycan kinofestivalı keçiriləcək Seulda 6 Azərbaycan filmi nümayiş olunacaq
Mədəniyyət siyasəti
12 Oktyabr , 2015 10:35
Cənubi Koreyada Azərbaycan kinofestivalı keçiriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 15-dən 17-dək Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan kinofestivalı keçiriləcək. "Report" xəbər verir ki, tədbir Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Azərbaycan Mədəniyyət Fondu ilə birgə Koreya fondu tərəfindən təşkil olunur. 

Festivalda "Arşın mal alan" (1945), "Axınla aşağı" (2014) filmləri də daxil olmaqla, beynəlxalq kinofestivallarda nominasiya alan 6 Azərbaycan filmi nümayiş olunacaq.

Festival çərçivəsində "Buta" filmini çəkən (2011) azərbaycanlı rejissor İlqar Nəcəf Seula gedəcək və koreyalı auditoriya ilə görüşəcək.  

Son xəbərlər

Orphus sistemi