Budapeştdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil olunub

Budapeştdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil olunub Sərgi macar tamaşaçıların böyük marağına səbəb olub
Mədəniyyət siyasəti
14 Oktyabr , 2016 16:28
Budapeştdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş sərgi təşkil edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, gənc rəssam Mərziyə İbrahimovanın fərdi sərgisi Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan Mədəniyyətlərarası Dialoq Fondu ilə birlikdə təşkil olunub.

Səfir Vilayət Quliyevin və Fondun direktoru Sevinc Mücirinin iştirakı ilə açılmış sərgini macar tamaşaçılar böyük maraqla izləyiblər.

Son xəbərlər

Orphus sistemi