Barselonada "Azərbaycan Evi"nin açılışı olub

Barselonada "Azərbaycan Evi"nin açılışı olub "Azərbaycan Evi"nin fəaliyyətinin məqsədi Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirməkdir
Mədəniyyət siyasəti
14 Fevral , 2017 12:43
Barselonada Azərbaycan Evinin açılışı olub

Bakı. 14 fevral. REPORT.AZ/ Barselonada "Azərbaycan Evi"nin açılışı olub.

"Report" xəbər verir ki, "Azərbaycan Evi"nin açılışı "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin təşəbbüsü və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Açılış mərasiminə Kataloniyada yaşayan azərbaycanlı ailələr, təhsil alan tələbələr və bu əyalətin rəsmi nümayəndələri qatılıb.

"Azərbaycan Evi"nin fəaliyyətinin məqsədi Barselonada və ümumilikdə Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizi və tarixi reallıqlarımızı təbliğ etməkdir.

Son xəbərlər

Orphus sistemi