Bakıda Rumıniyanın Milli Mədəniyyət Günü qeyd edilib

Bakıda Rumıniyanın Milli Mədəniyyət Günü qeyd edilib Bununla bağlı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib
Mədəniyyət siyasəti
15 Yanvar , 2016 16:08
Bakıda Rumıniyanın Milli Mədəniyyət Günü qeyd edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Rumıniya Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un məlumatına görə, görkəmli rumın şairi Mihay Emineskunun doğum günü qeyd olunan bayramla əlaqədar təşkil edilən tədbirdə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Rumıniya mədəniyyəti günü haqqında məlumat verib.

Onun sözlərinə görə, bu, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın Milli Kitabxanası və Rumıniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ilk tədbirdir.

O, kitabxananın təşkil etdiyi tədbirlər çərçivəsində rumın mədəniyyətinin və rumın mətbəxinin sərgisinin keçiriləcəyini bildirib. K.Tahirov iki ölkə xalqlarının bir-biri haqqında daha ətraflı məlumata sahib olması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Bakıda Rumıniya Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilməsinə imkanı yaradıldığına görə Azərbaycan Milli Kitabxanası və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

İkitərəfli münasibətlərdən danışarkən D.K.Çobanu bildirib ki, iki ölkə arasında strateji əlaqələr sürətlə inkişaf edir. Bundan başqa, səfir Azərbaycan və Rumıniya arasında mədəniyyət sahəsində təşkil edilən tədbir və təşəbbüsləri sadalayıb.

Tədbirin sonunda Azərbaycan şairi Fəridə Hacıyeva Mihay Emineskunun rumın dilindən Azərbaycan dilinə tərcümə edilmiş şeirlərini oxuyub.

Son xəbərlər

Orphus sistemi