Bakıda Rumıniyanın Milli Mədəniyyət Günü qeyd ediləcək

Bakıda Rumıniyanın Milli Mədəniyyət Günü qeyd ediləcək Tədbirdə, həmçinin bir sıra Aİ ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı gözlənilir
Mədəniyyət siyasəti
14 Yanvar , 2016 11:48
Bakıda Rumıniyanın Milli Mədəniyyət Günü qeyd ediləcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda görkəmli rumın şairi Mihay Emineskunun doğum günündə keçirilən Rumıniyanın Milli Mədəniyyət Günü qeyd ediləcək.

"Report"un məlumatına görə, bununla əlaqədar olaraq, yanvarın 15-də Rumıniya səfirliyinin əməkdaşları, eləcə də Rumıniyanın Azərbaycandakı diasporunun nümayəndələri M.Emineskunun Bakıdakı abidəsini ziyarət edəcək.

Tədbirdə, həmçinin bir sıra Aİ ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı gözlənilir.

Bundan əlavə, Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana ilə birgə "Rumıniya poeziya günləri", kitab sərgisi, eləcə də rumın mətbəxinin təqdimatı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi