Bakıda Qazaxıstanın "Mezzo" musiqi qrupunun konserti keçiriləcək

Bakıda Qazaxıstanın "Mezzo" musiqi qrupunun konserti keçiriləcək Bakı. 4 fevral. REPORT.AZ/ Aprelin 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın Mezzo musiqi qrupunun konserti keçiriləcək.
Mədəniyyət siyasəti
4 Fevral , 2019 15:27
Bakıda Qazaxıstanın Mezzo musiqi qrupunun konserti keçiriləcək

Bakı. 4 fevral. REPORT.AZ/ Aprelin 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın "Mezzo" musiqi qrupunun konserti keçiriləcək.

"Report" xəbər verir ki, konsert Qazaxıstanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək.

"Mezzo" - klassik və pop musiqisinin elementlərinin sintezi olan klassik krossover musiqi üslubunda çıxış edən Qazaxıstanın məşhur vokal qrupudur.

2012-ci ildə yaradılan və 4 istedadlı gəncdən ibarət "Mezzo" qrupu Andrea Boçelli, İl Divo, Coş Qroban, Alessandro Safina, Elton Con, Elvis Presli, Frenk Sinatra kimi ifaçıların repertuarlarından olan mahnılara kaver versiyalarını və özlərinin yazdığı mahnıları dünyanın müxtəlif dillərində ifa edirlər. Musiqi təhsilinə və incə, yaradıcı zövqə malik "Mezzo" qrupunun solistləri seçdikləri musiqi istiqamətinin qanunlarına riayət etməklə və ifa etdiyi hər bir mahnıda öz üslubunu işlətməklə pop musiqisinin təkrarolunmaz interpretasiyasını təqdim edirlər.

Qrup həm Qazaxıstanda, həm də xaricdə qastrollarda uğurla çıxış edir. Gənc ifaçılar Astanada, Nyu Yorkda, Londonda, Qahirədə, Kiyevdə alqışlarla qarşılanıblar.

Son xəbərlər

Orphus sistemi