Bakıda Portuqaliyaya həsr olunmuş fotosərgi keçiriləcək

Bakıda Portuqaliyaya həsr olunmuş fotosərgi keçiriləcək Sərgidə Aydın Sadıqovun işləri nümayiş olunacaq
Mədəniyyət siyasəti
7 Mart , 2017 13:21
Bakıda Portuqaliyaya həsr olunmuş fotosərgi keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı fotosərgi keçiriləcək.

Portuqaliyanın Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, sərgi 10-12 mart tarixlərində “Nur Art House” qalereyasında baş tutacaq.

Sərgidə Portuqaliyanın bir çox yerlərində olmuş və ölkənin tarixi məkanlarını çəkmiş fotoqraf Aydın Sadıqovun işləri nümayiş olunacaq.

Bu fotosərgi 2017-ci ildə Portuqaliyanın ilk mədəni tədbiri olacaq.

Son xəbərlər

Orphus sistemi