Bakıda Polşa klassik musiqisinin konserti keçiriləcək

Bakıda Polşa klassik musiqisinin konserti keçiriləcək Konsertdə dünya şöhrətli polyak bəstəkarlarının əsərləri səsləndiriləcək
Mədəniyyət siyasəti
5 Noyabr , 2014 10:30

Bakı. 5 noyabr. REPORT.AZ/ Polşanın Azərbaycandakı səfirliyi və Piano Classic Bədii Cəmiyyəti noyabrın 12-də Bakıda klassik musiqi konserti təşkil edəcək.

Polşa səfirliyindən "Report"a verilən məlumata görə, konsert Polyak Musiqisi Günləri çərçivəsində Polşa Respublikasının 11 Noyabr Müstəqillik Gününə həsr olunub.

Konsert Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq.

Konsertdə pianoçu Marian Sobula ifasında dünya şöhrətli polyak bəstəkarları Frederik Şopenin, İqnasiy Yan Paderevski və Yan Beletskinin əsərləri səsləndiriləcək.

Konsertə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi