​Bakıda “Meksika Günü” keçiriləcək

​Bakıda “Meksika Günü” keçiriləcək Tədbirdə Meksikanın mədəniyyəti və mətbəxi ilə tanış olmağa imkan yaranacaq
Mədəniyyət siyasəti
13 Avqust , 2015 13:51
​Bakıda “Meksika Günü” keçiriləcək

Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda “Meksika Günü" keçiriləcək.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir avqustun 22-də olacaq.

Tədbirdə ictimaiyyətə bu ölkənin mədəniyyəti və mətbəxi ilə tanış olmağa imkan yaradılacaq. 

Səfirlikdən bildirilib ki, 2010-cu ildə UNESCO Meksika milli mətbəxini "Bəşəriyyətin qeyri-maddi mənəvi irsi" siyahısına daxil edib: "Bu birgə, qədim və canlı mədəniyyətin göstəricisidir.

Azərbaycan ictimaiyyətini zəngin Meksika mədəniyyəti və ləziz Meksika təamlarından dadmaq imkanını əldən verməməyə çağırırıq".

Son xəbərlər

Orphus sistemi