Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək

Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək Festivalda İndoneziyanın milli rəqsləri, tamaşaları, mətbəxi nümayiş olunacaq
Mədəniyyət siyasəti
28 İyul , 2016 16:45
Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda bu ilin oktyabrında İndoneziya mədəniyyəti festivalının keçiriləcəyi gözlənilir.

Bu barədə "Report" İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani məlumat verib.

O, bu mövzuda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirdiyini qeyd edib. Səfirin sözlərinə görə, hazırda festivalın tarixi və keçirilmə yeri üzərində iş aparılır.

H.B.Fanani festivalda İndoneziyanın milli rəqsləri, tamaşaları, mətbəxinin nümayiş olunacağını, eləcə də ənənəvi İndoneziya geyim olan batikik satışının təşkil ediləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi