Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək

Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək Sərgidə Hindistan mədəniyyəti nümunələri, hindistanlı ustaların əl işləri nümayiş olunacaq
Mədəniyyət siyasəti
2 Mart , 2016 14:38
Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda 4-cü illik Hindistan mədəniyyəti sərgisi keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi martın 8-də açılacaq və martın 27-dək davam edəcək.

Sərgi "Amay" ticarət mərkəzində keçiriləcək. Orada Hindistan mədəniyyəti nümunələri, hindistanlı ustaların əl işləri nümayiş olunacaq. Eyni zamanda hindistanlı musiqiçilərin və rəqqasələrin çıxışı da gözlənilir.

Son xəbərlər

Orphus sistemi