Bakı qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-5"ə daxil edilib

Bakı qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-5"ə daxil edilib Bakı. 12 yanvar. REPORT.AZ/ Populyar turizm bələdçisi Lonely Planet qeyri-adi arxitektura pərəstişkarı olan turistlərin xüsusilə bəyənəcəyi şəhərləri açıqlayıb.
Mədəniyyət siyasəti
12 Yanvar , 2018 12:27
Bakı qeyri-adi arxitekturaya malik şəhərlər üzrə top-5ə daxil edilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Populyar turizm bələdçisi "Lonely Planet" qeyri-adi arxitektura pərəstişkarı olan turistlərin xüsusilə bəyənəcəyi şəhərləri açıqlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu reytinq artıq dünyanın ən böyük arxitektura mərkəzlərində - Paris, Nyu-York və Londonda olanlara və yeni marşrutlar axtaranlara ünvanlanıb.

Bakı reytinqdə 5-ci yeri tutub. Reytinqi tərtib edənlər turistlərə Azərbaycanın paytaxtında İçərişəhər küçələrində gəzmək, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etmək məsləhət görürlər.

"Top-5"də digər yerləri isə Barselona, İstanbul, Roma və Şanxay tutub.

"Lonely Planet"in ekspertləri qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-10"a həmçinin Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqonu daxil ediblər.

Son xəbərlər

Orphus sistemi