Bakı Filarmoniyasında litvalı müğənninin konserti keçiriləcək

Bakı Filarmoniyasında litvalı müğənninin konserti keçiriləcək Konsert Litvanın Milli Gününə həsr olunub
Mədəniyyət siyasəti
18 Yanvar , 2017 10:04
Bakı Filarmoniyasında litvalı müğənninin konserti keçiriləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Filarmoniyasında litvalı müğənni, metso-soprano Yudit Leytaytenin konserti keçiriləcək.

Litvanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, müğənninin konserti Litvanın Milli Gününə - fevralın 16-da qeyd olunan müstəqillik gününə həsr olunacaq.

Səfirlikdən bildiriblər ki, Y.Leytayte ötən əsrin 80-ci illərində Bakı Filarmoniyasında keçirilən mahnı müsabiqəsinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi