​“Bakı-2015” ərəfəsində Bakı Musiqi Akademiyası yenilik edib

​“Bakı-2015” ərəfəsində Bakı Musiqi Akademiyası yenilik edib Tədris ocağının binası üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə musiqi səsləndiriləcək
Mədəniyyət siyasəti
3 Aprel , 2015 13:14
​“Bakı-2015” ərəfəsində Bakı Musiqi Akademiyası yenilik edib

Bakı. 3 aprel. REPORT.AZ/ “Bakı-2015” I Avropa Oyunları ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan musiqisinin təbliği istiqamətində yeniliyə imza atıb. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Mövcud yenilik dünya musiqi xəzinəsində özünə layiqli yer tutmuş klassik musiqi irsimizi, muğam sənətinin incilərini Bakının qonaqlarına tanıtmaqla bərabər, onların diqqətini Bakı Musiqi Akademiyasının memarlıq nümunəsi olan binasına cəlb edəcək.

Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova bildirib ki, tədris ocağının binası üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə səsləndirilən klassik və milli musiqi nümunələri növbəti aylarda I Avropa Oyunları ilə əlaqədar Bakıya gələcək çoxsaylı qonaqların, şəhər sakinlərinin ovqatını oxşayacaq, onlarda xoş təəssürat və məmnunluq hissi yaradacaq.

Son xəbərlər

Orphus sistemi