Azərbaycan əsilli müğənni BMT-nin xüsusi nümayəndəsi təyin olunub

Azərbaycan əsilli müğənni BMT-nin xüsusi nümayəndəsi təyin olunub Sami Yusuf: "XXI əsrdə aclıq – kütləvi sitehsalat və istehlak ilə fərqlənən cəmiyyətdə faciəli paradoksdur"
Mədəniyyət siyasəti
27 Avqust , 2014 11:34
Azərbaycan əsilli müğənni BMT-nin xüsusi nümayəndəsi təyin olunub

Bakı. 27 avqust . REPORT.AZ/  Böyük Britaniyada yaşayan Azərbaycan əsilli dünya şöhrətli bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) aclıqla mübarizə üzrə elçisi təyin olunub.  

Report BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, Sami Yusuf uzun müddət ərzində ÜƏP-nin fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib. ÜƏP əməkdaşları ilə birlikdə Sami Yusuf Misir və İordaniyada olub, burada suriyalı qaçqınlara humanitar yardımın çatdırılmasını müşahidə edib. 

Müğənninin sözlərinə görə, XXI əsrdə aclıq – kütləvi istehsalat və istehlak ilə fərqlənən cəmiyyətdə faciəli paradoksdur. O həmçinin qeyd edib ki, ÜƏP ilə əməkdaşlıq onun üçün bir üstünlükdür. 

Sami Yusuf islam dini mahnıların ifaçısı kimi məşhurdur. O, Tehranda azərbaycanlı ailəsində doğulub. Üç yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb. 

Son xəbərlər

Orphus sistemi